Xəbərlər

Məşhur müğənni komaya düşdü

Səhhətindəki problemlərlə əlaqədar xəstəxanaya aparılan türkiyəli məşhur müğənni İrem Derici komaya düşüb. AzToday.az xəbər verir ki, bu barədə “NTV” məlumat yayıb.

Məlumata görə, müğənni uzun zaman düzgün qidalanmayıb. Formada qalmaq üçün ifrat dərəcədə pəhriz saxlayan müğənninin vəziyyəti ağırdır.

Rəfiqələri onun son günlər sadəcə pivə içdiyini deyib: “Gün ərzində demək olar ki, yemək yemirdi. Sadəcə pivə içirdi”.

Həkimlər İrem Dericinin həyatda qalması üçün əllərindən gələni elədiklərini bildirirlər.

Bənzər yazılar

Back to top button