İdman

Ərəblər Mane üçün “Bayern”ə bu qədər təklif edəcək – Maaşı da bəllidir

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu “Bayern Münhen”in seneqallı ulduzu Sadio Manenin transferi ilə bağlı cəhdlərini davam etdirir.

Fanat.az xəbər verir ki, bu barədə son məlumatı CBS-in jurnalisti Ceyms Benc şəxsi “Twitter” hesabı üzərindən yayıb.

Xəbərə görə, ərəblər Münhen klubuna afrikalı cinah hücumçusu üçün 40 milyon avro təklif etməyə hazırlaşır. Mənbə Sadionun “Əl-Nəsr”də vergiləri çıxmaq şərti ilə illik 40 milyon avro maaş ala biləcəyini də diqqətə çatdırıb.

Daha öncə Manenin özünün sözügedən kluba keçməyə razılıq verdiyi haqda informasiyalar yayılıb.

Qeyd edək ki, Kriştianu Ronaldu bu ilin yanvarından “Əl-Nəsr”in formasını geyinir.

Bənzər yazılar

Back to top button