İdman

Azərbaycan futbolu üçün tarixi gün: final Bakıda keçiriləcək

2019-cu ildə Avropa Liqasının finalı Bakıda keçiriləcək. “Qaynarinfo” xəbər verir ki, bu barədə UEFA-nın İsveçrənin Cenevrə şəhərində keçirilən İcraiyyə Komitəsinin iclasında qərar verilib.

Bakı həm Avropa Liqasının, həm də Çempionlar Liqasının finalına ev sahibliyinə namizəd idi. UEFA Avroliqanın final matçının Bakı Olimpiya Stadionunda keçirilməsinə qərar verib. Çempionlar Liqasının finalı isə “Atletiko”nun ev oyunlarını keçirdiyi Madriddəki “Vanda Metropolitano” stadionunda keçiriləcək.

Qeyd edək ki, 2019-cu ildə UEFA Super Kuboku uğrunda matç İstanbuldakı “Vadofone Park”da baş tutacaq.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button