HadisəManşet

Lerikdə torpaq sürüşməsi: ölən və yaralananlar var

Martın 7-də Lerik rayonunda baş verən torpaq sürüşməsi nəticəsində yaşayış evi dağılıb.

AzToday.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Çayrud kəndində qeydə alınıb.

Torpaq sürüşməsi nəticəsində kənd sakini Arif Əlirzayevə məxsus ev dağılıb. A.Əlirzayev uçqun altında qalaraq ölüb.

Daha iki nəfər isə xəsarət alıb.

Bənzər yazılar

Back to top button