Cəmiyyət

“Bilin ki, Azərbaycan səhiyyəsi sizi bu qlobal bəladan xilas etmək gücündə deyil, odur ki…”

Koronovorusun (COVID-19) yayılma coğrafiyası və yoluxma səviyyəsi sürətlə artır. Sayı 100 mini ötən COVID-19 daşıyıcıları artıq dünyanın 89 ölkəsində qeydə alınıb. Bu günə qədər Çində 3015 nəfər, dünyanın başqa ölkələrində isə 267 nəfər ölüb. Çindən sonra ən çox ölüm hadisəsi İtaliya və İranda qeydə alınıb.
Beynəlxalq Valyuta Fondu bu qlobal təhlükə ilə mübarizəyə 50 milyard dollar ayırdığını bəyan edib. ABŞ Konqresi bu məqsədlə ilkin olaraq 8,3 milyard dollarlıq büdcə təsdiq edib. Azərbaycan höküməti 10 milyon manat daxildə mübarizə, 5 milyon dollar isə qlobal fonda yardım üçün vəsait ayırıb.

Dünyanın aparıcı televiziyalarında ABŞ prezidenti Donald Trampın, Britaniyanın baş naziri Boris Consonun bu barədə hər gün çıxışları yayılır. Azərbaycanda isə indiyə qədər prezident bir dəfə bu barədə danışıb, amma nə baş nazirin, nə də səhiyyə nazirinin bu virusla bağlı nəysə dediklərini eşitməmişəm.

Əhali arasında da laqeydlik müşahidə olunur. Əhalinin bir qrup bu virusu ABŞ-ın Çinə qarşı bioloji silahı hesab edir, bəziləri də fikirlərşir ki, bu ənənəvi qripdən fərqi bir şey deyil, odur ki, narahatçılığa əsas yoxdur, Allah bizi qoruyacaq.

Təki elə olsun, amma hesab edirəm ki, ətrafda və daxildə mövcud və potensial təhlükələri və riskləri olduğu kimi qiymətləndirib, düzgün nəticə çıxarmaq lazımdır.

Mən ABŞ-da olduğuma görə daha çox Azərbaycanda olanlardan narahatam. Amerika səhiyyəsi güclüdür, ona güvənirəm. Amma bilin ki, bizim milli səhiyyəmiz sizi bu qlobal bəladan xilas etmək gücündə deyil. Odur ki, özünüz özünüzü və ailənizi qoruyun, sanitar-epidomolji qaydalara əməl edin, insanların sıx olduğu yerlərdən görsənməyin, həkimlərə qulaq asın, boş şeydir deyib, kanalı dəyişməyin, onların dediklərinə əməl edin ki, bu təhlükə və bəladan uzaq olasınız.

Qubad İbadoğlu, İqtisadçı alim

Bənzər yazılar

Back to top button