Cəmiyyətİqtisadiyyat

Azərbaycanda yeni zavodu istifadəyə veriləcək

Bu ilin oktyabr ayında Ucar Pambıq Emalı Zavodu istifadəyə veriləcək.

Bu barədə Modern.az-a Ucar rayon Pambıq Emalı Zavodunun rəhbəri Həsən Şahverdiyev bildirib.

O qeyd edib ki, zavod ildə 40 min ton istehsal gücünə malikdir:

“Bu zavoddan əlavə iki zavod da tikilir. Biri çiyid zavodu, digər çiyiddən yağ emal etmək üçün yağ zavodudur. Emal olunacaq yağ Özbəkistana göndərilməsi nəzərdə tutulub”.

Ucar Kənd Təsərrüfatı İdarəsinin rəisi Əbil Mehdiyevin sözlərinə görə, zavod ötən ilin avqust ayından məntəqə kimi fəaliyyətə başlayıb:

“Bu ilin fevral ayından Pambıq Emalı Zavodununun bünövrəsi qoyulub, bugünədək işlərin 80 faizi tamamlanıb. Hazırda rayonda pambıq sovet dönəmidən fəaliyyət göstərən Pambıq Emalı Zavodu var. Ancaq yeni zavod yeni texnologiya ilə tikilən zavoddur. Avadanlıqlar Çindən gətirilir və onların mütəxəssisləri tərəfindən avadanlıqların quraşdırılması nəzərdə tutulub. Pambığın alıcısı xarici ölkələr olacaq. Pambığın satışında heç bir problem olmayacaq. Çünki dünya bazarında pambığa tələbat yüksəkdir”.

Bənzər yazılar

Back to top button