Hadisə

Nəsimi rayonunda silah və narkotik satışı ilə məşğul olan şəxslər saxlanılıblar

Daxili İşlər Nazirliyi Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Şöbəsinin (PŞ) əməkdaşlarının fevralın 19-da rayon ərazisində əməliyyat keçirməsi barədə məlumat yayıb.

Əməliyyatln nəticəsi olaraq Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Kamran Abuzərov saxlanılıb. Onun üzərindən “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron götürülüb.

Elə həmin gün Nəsimi RPİ-nin 21-ci PŞ-nin əməkdaşları əmliyyat keçirib və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Sumqayıt şəhər sakini Məmməd Vəliyev saxlanılıb. Ondan satmaq məqsədi ilə əldə etdiyi 1 kiloqram 950 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Həmçinin, Nəsimi RPİ-nin əməkdaşları tərəfindən son günlər keçirilən tədbirlər zamanı müxtəlif şəxslərdən ümumilikdə 2 ədəd “Kalaşnikov” avtomatı, 5 ədəd “Makarov” konstruksiyalı tapança, 60 ədəd patron, 7 ədəd patron darağı əməliyyat yolu ilə aşkar edilərək götürülüb.(Turan)

Bənzər yazılar

Back to top button