İqtisadiyyat

Banklarda dollar satışında vəziyyət necədir?

“Hazırda satışda dollar var”.

Bu baradə Qaynarinfo-ya Unibank ASC-dən Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyevin dollar satışı ilə bağlı heç bir problemin olmadığı açıqlamasını şərh edərkən bildiriblər:

“Satışda dollar var. İş saatı 17:00-da bitir. Ona kimi istəlinən müştəri bankın filiallarına yaxınlaşa bilər” .

Əmrahbank isə satışda dolların olmadığını deyib:

“Satışda dollar yoxdur. Dünən də olmayıb. Bu gün dolların satışda olub-olmayacağı ilə bağlı heç bir məlumata malik deyilik”.

Muğanbankda da hazırda satışda dolların olmadığını bildirdilər:

“Deyiblər ki, saat 12:00-dan sonra olacaq. Həmin saatdan sonra əlaqə saxlayın”.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev mətbuata açıqlamasında dollar satışı ilə bağlı heç bir problemin olmadığını açıqlayıb. Sədr “Azərbaycandakı banklar adi gücləndirilmiş iş rejimində işləyirlər. Müştərilərdən gələn bütün tələbləri qarşılamağa çalışırlar və qarşılayırlar. Hər hansı məhdudiyyət yoxdur və olmayacaq”, – – deyə vurğulayıb.

Bənzər yazılar

Back to top button