Hadisə

Azərbaycanda gənc müəllim öldü

Samux rayonunun Qiyaslı kənd orta məktəbinin fizika müəlliminin həkim səhlənkarlığı səbəbindən ölməsi iddiası araşdırılır.

Bu barədə Qaynarinfo-ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, hazırda məsələ barədə araşdırma aparılır.

14:26

Samux rayonun Qiyaslı kənd orta məktəbinin fizika müəllimi vəfat edib.

AzToday.az xəbər verir ki, bununla bağlı Samux Rayon Təhsil Şöbəsi məlumat yayıb.

Bildirilib ki, İsmayılova Kifayət Asim qızı gənc yaşında ölüb.

Qafqazinfo-nun məlumatına görə, tanışları İsmayılova Kifayət Asim qızının həkim səhlənkarlığı səbəbindən rəhmətə getdiyini iddia edib:

“Bağırsağı partlayıb. Üç gün yatırıb deyiblər ki, heç nəyi yoxdur, evə buraxılacaq. Sonra halı pisləşəndə bildirilib ki, Bakıya aparmaq lazımdır, onların da başı çıxmayıb. Savadsız həkimlərin ucbatından gül kimi qız getdi”.

Bənzər yazılar

Back to top button