Siyasət

Baydendən Azərbaycanı hiddətləndirəcək TƏBRİK: “Dağlıq Qarabağ xalqı…”

“Biz erməni xalqının demokratik istəklərini, suverenliyini və təhlükəsizliyini dəstəkləməyə davam edəcəyik”

Bu sətirlər ABŞ prezidenti Co Baydenin Ermənistanın Müstəqillik Günü münasibətilə baş nazir Nikol Paşinyana göndərdiyi təbrik məktubundandır.

Məktubda Bayden bildirir ki, “Müstəqillik günü münasibətilə Amerika Birləşmiş Ştatları adından erməni xalqına ən səmimi təbriklərimi çatdırıram! Biz bundan sonra da erməni xalqının demokratik istəklərini, suverenliyini və təhlükəsizliyini dəstəkləyəcəyik. Sentyabrın 21-də biz sizin demokratiyaya sadiqliyinizi, ölkələrimiz və xalqlarımız arasında möhkəm dostluq əlaqələrini qeyd etmək üçün erməni xalqına qoşuluruq. Son döyüşlər diplomatiyamızı ikiqat artırmağın zəruriliyini vurğulayır ki, Ermənistan öz qonşuları ilə münasibətləri normallaşdırmaq da daxil olmaqla, firavan və dinc gələcəyə baxa bilsin. Son hücumların qurbanlarına başsağlığı veririk. Regionda sabitliyin təmin edilməsi səylərinə verdiyiniz dəstəyi yüksək qiymətləndiririk. Biz Dağlıq Qarabağ xalqı da daxil olmaqla, münaqişənin sülh yolu ilə həllini təşviq etmək üçün sizinlə və başqaları ilə işləməyə sadiq qalırıq”.

Göründüyü kimi, C.Bayden məktubunda diplomatik və beynəlxalq sədləri kobudcasına aşaraq Azərbaycanın suveren ərazisində yaşayan erməni azlığını “Dağlıq Qarabağ xalqı” adlandırır. Bu qondarma təqdimat ABŞ rəhbərliyinin son zamanlar bölgədə gərginliyin artmasına xidmət edən addımlarının davamıdır./turkustan.az

Bənzər yazılar

Back to top button