Hadisə

Türkiyə-İran sərhədindəki zəlzələ Naxçıvanda hiss olunub

Bu gün, yanvarın 18-i saat 14:08-də Naxçıvan stansiyasından 100 km cənub-qərbdə, Türkiyə-İran sərhədində zəlzələ qeydə alınıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatında deyilir.

Zəlzələ Naxçıvan MR-də 5-3 bala qədər hiss olunub.

Zəlzələnin maqnitudası 5.9, dərinliyi 2 km olub.

Bənzər yazılar

Back to top button