İqtisadiyyat

Saudi Aramco gündəlik neft hasilatını artrır

Səudiyyə Ərəbistanının dövlt neft şirkəti Saudi Aramco günlük neft hasilatını 300 min barel artıraraq, 12,3 milyon barelə çatdıracaq.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə neft şirkətinin baş direktoru Emin Nasser açıqlama verib. Səudiyyə Rusiya ilə OPEC arasında neft hasilatının azaldılması haqda razılaşmanın əldə olunmaması səbəbindən bu addımı atır.

Qeyd edək ki, cümə günü Rusiyanın hasilatı azaltmaması səbəbindən Ər-Riyad neft qiymətlərini aşağı salmış və hasilatı artıracağını da açıqlamışdı. Bunun ardından qiymətlər 30 faiz ucuzlaşaraq 31,7 dollara düşmüşdü. Bu gün brent markalı neftin qiyməti 35 dollar civarındadır. İlin əvvəllərində isə bu rəqəm 70 dollar ətrafında idi.

Bənzər yazılar

Back to top button