Mədəniyyət

Bukmeykerlər Samirəni finalda görmür (FOTO)

Bu il Niderlandın Rotterdam şəhərində keçiriləcək “Euorovision 2020” mahnı müsabiqəsində iştirak edəcək ölkələrlə bağlı bukmeykerlər növbəti dəfə proqnozlarını veriblər.

AzToday.az axşam.az-a istinadən xəbər verir ki, bununla bağlı məlumat müsabiqənin rəsmi saytında yayımlanıb.

Bukmeykerlərin səs çoxluğu ilə bu dəfə İslandiya cədvələ başçılıq edir.

2-ci yerdə Litva, 3-cü yerdə isə Rusiya qərarlaşıb.

Onların fikrincə isə Azərbaycanı təmsil edəcək müğənni Samirə Əfəndi müsabiqədə 18-ci yeri tutacaq.

Qeyd edək ki, şüarı “Open up!” (“Açıl!”) olan “Eurovision-2020” mahnı müsabiqəsinin yarımfinal mərhələləri mayın 12 və 14-də, final mərhələsi isə mayın 16-da “Ahoy Arena”da reallaşacaq. Azərbaycan təmsilçisi “Eurovision-2020” müsabiqəsinin birinci yarımfinalının ikinci hissəsində çıxış edəcək.

Xatırladaq ki, 16 sentyabr 2019-cu il tarixində Azərbaycanın “Eurovision-2020” Mahnı Müsabiqəsində iştirakı rəsmi olaraq təsdiqlənib.

Bənzər yazılar

Back to top button