CəmiyyətGündəm

Çingiz Qənizadə ilə bağlı əlimdə elə faktlar var ki…” – Hacı Qalib

“Çingiz Qənizadə məni məhkəməyə versin, ürəyi nə istəyir, eləsin. Bu vaxta qədər nə demişəmsə, hamısı olan şeylərdir. Mən Çingiz Qənizadənin nə olduğunu çox yaxşı bilirəm. Hər nə demişəmsə, düz demişəm!”
Bu sözləri Arqument.Az-a Milli Məclisin sabiq deputatı Qalib Salahzadə Milli Məclisin üzvü Çingiz Qənizadənin onu məhkəməyə verməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
O bildirib ki, Çingiz Qənizadənin onu məhkəməyə verməsindən qətiyyən narahat deyil: “Həmin 30 min dollardan ötrü onun evinə də getmişəm. Pulumun dalınca kiminlə getmişəmsə, o adamlar indi sağdırlar. Şahidlərim var. Məndən aldığı 30 min dolları sonradan onun sürücüsü gətirib mənə adam içində verib. O müsahibəni verəndə bilirdim ki, Ç.Qənizadə məni məhkəməyə verəcək. Bu vaxta qədər nə demişəmsə, arxasında dururam.
Təhqirə qalanda, dəfələrlə bu cür sərt açıqlamalarım olub. Hələ elə faktlar var ki, açıb demirəm. Düşünürəm ki, bunları danışmaq yaxşı deyil, ayıbdır. Hələ etikamı qoruyub saxlayıram. Lazım olsa, bundan qat-qat ağırlarını deyəcəyəm. Bu məsələ ilə məşğul olan aidiyyəti orqanlar var. Mənə yaraşmaz ki, bu söhbəti açıb-ağardım. Yəni xəbərdarlıq elədim ki, özünü yığışdır, bil ki, kiminlə danışırsan. Hələ bundan da ağır söz deməyə həm kişiliyim çatır, həm də sübutum var”.
Milli Məclisin üzvü Çingiz Qənizadə keçmiş həmkarı, son günlər mətbuatda ona qarşı ağır ittihamlar səsləndirən Hacı Qalib Salahzadəni xüsusi ittiham qaydasında məhkəməyə verəcəyini deyib.
Deputat bildirib ki, artıq vəkilləri ilə müqavilə bağlayıb, Qalib Salahzadəni məhkəməyə verərək həbsini tələb edəcək. Buna səbəb kimi isə Hacı Qalibin müsahibələrinin birində onu rüşvətxorluqda ittiham etməsi, barəsində şərəf və ləyaqəti alçaldan fikirlər səsləndirməsidir.

Bənzər yazılar

Back to top button