İdman

Ronaldo komanda yoldaşlarından narazıdır

“Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo komanda yoldaşlarından narazıdır.

Qol.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

36 yaşlı hücumçu oyunçuların az məşq etdiyini və işlərinə ciddi yanaşmadıqlarını düşünür. Xəbərdə o da qeyd olunub ki, Ronaldo əlavə məşq etmək üçün idman zalına gedəndə burada ondan başqa heç kim olmur. Portuqaliyalı oyunçu futbolçuların belə tənbəllik etməsinə görə təəccüblənir.

Qeyd edək ki, Ronaldo bu mövsüm 22 matçda 14 qol vurub və 3 qolun ötürməsini verib.

Bənzər yazılar

Back to top button