Bizim seçimCəmiyyət

Ekspert: “Uşaqlar arasında intihar halları İnternetdə zərərli informasiyanın təsiri altında da baş verə bilər”

“Aşağı yaşlı uşaqların intihar etməsi dünyada nadir hadisələrdəndir”,- psixoloq Azad İsazadə Zaqatalada 8 yaşlı uşağın intihar etməsini Turan agentliyinə şərh edərkən deyib. Onun sözlərinə görə, intihara bir neçə amil səbəb ola bilər. “Bu, həm valideynlər, həm uşaqla valideynlər, həm də uşaqla yaşıdları arasında münaqişələr səbəbindən ola bilər”, – psixoloq deyib.

Alimlər intiharın “cavanlaşdığını” bildirirlər.

“İntihar həddi” artıq yeniyetməlik dövrülə başlamır, daha aşağı hədlərə keçir.

Faciə həm də kommunikasiya -texnologiya vasitələrinin təsiri nəticəsində də baş verə bilər. Ona görə də uşaqları onlara lazım olmayan informasiyalara çıxışdan qorumaq lazımdır. Uşaq öz dünyasını yaşamalı, yəni, oynamalı, oxumalı, qidalanmalıdır.

Ekspertin fikrincə, ölkədə intiharların baş verməsinin səbəbləri, buna gətirən amillər, risk qruplarının müəyyən edilməsi üzrə sistemli iş yoxdur.

Dekabrın 22-də Zaqatala rayonunda 8 yaşlı uşaq intihar edib. İntiharın səbəbləri hələlik məlum deyil. Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

Bənzər yazılar

Back to top button