Dünya

Yəməndə Husilərə böyük zərbə: 25 ölü, 5 əsir

Yəməndə Husilər və hakimiyyət qüvvələri arasında qarşıdurmalar davam edir.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Əl Bəyda ərazisində baş verən qarşıdurma nəticəsində 25 Hüsi üzvü öldürülüb, 5 nəfər əsir alınıb. Lahic ərazisində bəzi strateji nöqtələr ələ keçirilib.

Qeyd edək ki, Yəməndə 2014-cü ildən bəri müharibə davam edir. Husilərə İran, hökümət qüvvələrinə isə Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi koalisiya qüvvələri dəstək verir.

Bənzər yazılar

Back to top button