Hadisə

Mingəçevirdə karantini pozaraq fəaliyyət göstərən kafe aşkarlandı

Mingəçevir şəhəri ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq fəaliyyət göstərən və müştərilərə yerində xidmət edən kafe aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzToday.az-a verilən məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı şəhər sakini Ramin Aslanovun işlətdiyi kafedə müştərilərə yerində xidmət göstərildiyi müəyyən edilib.

Obyektə baxış zamanı oranın sahibi və daha 9 nəfər müştərinin xüsusi karantin qaydalarını pozduqları aşkar olunub.

Müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək, cərimələniblər və onlara ciddi xəbərdarlıq olunub. Obyekti işlədən R.Aslanov barəsində isə toplanmış material şəhər məhkəməsinə göndərilib.

Bənzər yazılar

Back to top button