GündəmXəbərlər

Emin Ağalarovun yeni biznesi

Crocus Group-un vitse-prezidenti Emin Ağalarov müğənni Qriqori Lepslə birgə Moskvanın Petrovka küçəsində “Bir qədəh araq” adlı restoran açmağı planlaşdırır.

“Qaynarinfo” virtualaz.org-a istinadən bildirir ki, bu barədə E. Ağalarov Vegas Kuntsevanın rəsmi açılışında bildirib.

“Biz Qriqori Lepslə 10 oktyabrda Petrovkada “Bir qədəh araq” adlı restoran açmağı planlaşdırırıq. Biz bu layihəyə eyni miqdarda-yarıbayarı vəsait qoymuşuq”, – deyə kiçik Ağalarov qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl Lepsin prodüser mərkəzi və Ağalarovun komandası şou-biznes sahəsində konsertlərin və müxtəlif tədbirlərin keçirilməsi sahəsində birgə iş haqda aşıqlama vermişdilər.

Bənzər yazılar

Back to top button