Cəmiyyət

BDU-nun tələbəsi koronavirus təhlükəsi ilə xəstəxanaya aparıldı

Koronavirus xəstəliyi şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilən Bakı Dövlət Universitetinin çinli tələbəsi evə buraxılıb.

“Report”un əldə etdiyi məlumata görə, həkimlərin nəzarətindən keçən tələbədə hər hansı virusa yoluxma halı aşkar edilməyib.

Rusiyanın Krosnayarsk vilayətindən Azərbaycana gələn şəxs isə 1 saylı Kliniki Tibbi Mərkəzə öskürək və asqırmaqla bağlı müraciət edib.

Həmin xəstədən də nümunələr götürülüb laboratoriyaya göndərilib. Yaxın vaxtlarda nəticələr məlum olduqdan sonra evə buraxılacaq.

Bənzər yazılar

Back to top button