ManşetSiyasət

NATO rəsmisindən Azərbaycan-Ermənistan açıqlaması

NATO Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması səylərinə qətiyyətlə dəstək verir.

Bu barədə NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Ermənistan və Azərbaycanın yenidən yüksək səviyyədə görüşməsini və uzunmüddətli sülh müqaviləsi istiqamətində danışıqların davam etdirilməsinin zəruriliyi barədə razılığa gəlməsini görmək həqiqətən çox vacibdir. NATO Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması səylərinə güclü dəstək verir”, – Xavyer Kolomina bildirib.

Bənzər yazılar

Back to top button