Siyasət

Azərbaycan XİN: “Avropa İttifaqı işğalçıya qarşı münasibətdə qəti mövqe nümayiş etdirməlidir”

“Avropa İttifaqı (Aİ) Şərq Tərəfdaşlarının gələcəyi münaqişə bölgələrində sülh və sabitliyinin bərqərar olmasından asılıdır.

APA-nın məlumatına görə, bu sözləri xarici işlər nazirinin müavinin Xələf Xələfov Milli Məclisdə Avronest PA-nın sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti üzrə komitəsinin iştirakı ilə keçirilən “Dayanıqlı inkişaf məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı ölkələri parlamentlərinin cəlb edilməsi” adlı konfransda deyib.

O bildirib ki, bu təşkilata üzv ölkələrdən olan Ermənistan Azərbaycan torpaqlarının 5-də birini işğal edib: “Bu ölkənin apardığı təcavüz siyasəti və etnik təmizləmə ağır nəticələr verib. İşğal olunmuş ərazilərdə sərvətlərimiz talan edilir, tarixi və mədəni abidələrimiz, məscidlər dağıdılır. Ermənistan status-kvonu saxlamaqla məskunlaşma siyasəti aparır. Xaricdə yaşayan ermənilər və digərləri bu siyasətə uymamalıdır. Əks halda, ağır nəticələri ilə qarşılaşacaqlar. Avropa Parlamentinin üzvlərinin işğal olunmuş ərazilərə səfərini təşkil etməklə Ermənistan onları öz avantüralarına cəlb etmək istəyir. Lakin bu siyasət iflasa uğrayıb. Dünya birliyi sərhədlərin zorla dəyişdirilməsini heç zaman qəbul etməyəcək. ATƏT-in Minsk qrupu Ermənistanın işğalçılıq siyasətindən əl çəkmədiyi üçün heç nə edə bilməyib. Aİ işğalçıya qarşı münasibətdə qəti mövqe qoymalı və bu siyasətdən çəkindirməlidir. Münaqişənin həlli regionun sosial tərəqqiyə, iqtisadi inkişafına təkan verəcək. Azərbaycan tezliklə münaqişənin həllində maraqlıdır. Ümid edirik ki, bizim mövqeyimiz bundan sonra da beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənəcək”.

Bənzər yazılar

Back to top button