İdman

“Real”ın nə etməyindən asılı olmayaraq…” – Xavi “Kral klubu”nu “sancdı”

“Barselona”nın baş məşqçisi Xavi İspaniya La Liqasının 6-cı turunda “Selta” üzərində qazandıqları qələbə sayəsində (3:2) liderliyə yüksəlmələrindən danışıb.

Fanat.az xəbər verir ki, “Mundo Deportivo” onun dediklərini belə çatdırıb:

“Real Madrid”in nə etməyindən asılı olmayaraq, hazırda lider mövqeyindəyik. Hər şey ürəyimcədir. Yaxşı həftəsonu idi”.

Qeyd edək ki, “Real” paytaxt derbisində “Atletiko Madrid”ə 1:3 hesabı ilə uduzaraq zirvədəki yerini digər əzəli rəqibinə – “Barselona”ya vermək məcburiyyətində qalıb.

Bənzər yazılar

Back to top button