Dünya
Ərdoğanın Nyu-Yorkdakı çıxışı zamanı dava düşdü – VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda müsəlman icması qarşısında çıxış etmək istəyərkən, zalda bir qrup tərəfindən etirazla qarşılanıb. Nitq başlayandan bir neçə dəqiqə sonra zalda “Sən terrorçusan” sədaları səslənib.
Bundan sonra zalda qarşıdurma başlayıb və etirazçılar salondan çıxarılıb. AzToday.az Azərbaycan “CBS”-ə istinadən həmin videonu təqdim edir: