İdman

AÇ-2024: Azərbaycan millisi Estoniyaya qalib gəldi

Azərbaycan millisi bu gün AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

Fanat.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu seçmə səfərdə Estoniya ilə qarşılaşıb.

Tallində “Le Kok” arenada baş tutan qrup sonuncusu olmamaq baxımından prinsipiallıq daşıyırdı. Oyunu Almaniyadan olan hakimlər briqadası idarə ediblər. Baş hakim Robert Şröderin olub.

Qarşılaşma Azərbaycan yığmasının inamlı qələbəsiylə yekunlaşıb.

Qeyd edək ki, qrupun digər oyununda Avstriya Belçikanı qəbul edəcək.

AÇ-2024
Seçmə mərhələ, VII tur
13 oktyabr

Estoniya – Azərbaycan 0:2
Qollar: Toral Bayramov, 9. Ramil Şeydayev, 45+4-pen.
Baş hakim: Robert Şröder (Almaniya)
Tallin, “Le Kok” arena.

Estoniya: 12. Karl Heyn, 2. Marten Kuusk, 3. Artur Pikk, 4. Mattias Kayt, 6. Rasmus Peetson, 7. Georgi Tunyov, 8. Henri Anier, 13. Maksim Paskotşi, 14. Konstantin Vasilyev (k), 17. Martin Miller, 20. Markus Pum.
Ehtiyat oyunçular: 1. Matvey İqonen, 22. Karl Andre Vallner, 9. Erik Sorqa, 10. Sergey Zenyov, 11. Henrik Oyama, 15. Martin Vetkal, 16. Marko Lukka, 18. Mixael Lilander, 19. Ken Kallaste, 21. Boqdan Vaşuk, 23. Vlasi Sinyavski.
Baş məşqçi: Tomas Heberli.

Azərbaycan: 12. Şahrudin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Rahil Məmmədov, 5. Anton Krivotsyuk, 6. Höccət Haqqverdi, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov (k), 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 17. Toral Bayramov, 20. Aleksey İsayev.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Rəşad Əzizli, 2. Yusif Nəbiyev, 9. Renat Dadaşov, 13. Emil Səfərov, 14. Cəlal Hüseynov, 15. Bəxtiyar Həsənalızadə, 16. Elvin Camalov, 18. Ozan Can Kökçü, 19. Filip Ozobiç, 21. Qismət Alıyev, 22. Musa Qurbanlı.
Baş məşqçi: Canni De Byazi.

Xal: Avstriya – 13, Belçika – 13, İsveç – 6, Azərbaycan – 4, Estoniya – 1.

Bənzər yazılar

Back to top button