Hadisə

Paytaxtda bir neçə yaşayış binası söküləcək (VIDEO)

Nərimanov rayonunun Həsənoğlu küçəsində yeddi yaşayış binası söküləcək. Bununla bağlı sakinlərə tikinti şirkəti tərəfindən məlumat vərəqələri də paylanılıb.

AzToday.az Baku.TV-yə istinadən xəbər verir ki, vərəqələrin üzərində sakinlərin hansı sənədləri təqdim etməli olduğu göstərilib.

Şirkətin rəsmi nümayəndəsinin sözlərinə görə, həmin ərazidəki binalar yaşayış üçün tamamilə yararsızdır. Ərazidə artıq hasarlama işləri başlanılıb. Sakinlərlə notarial qaydada müqavilələr bağlandıqdan sonra onlara müvəqqəti kirayədə qalmaq üçün rüb hesabı olaraq 3 aylıq ödənişlər ediləcək.

“Əmin olsunlar ki, sökdüyümüz binaların yerində tikdiyimiz çoxmərtəbəli binalarda onlara mənzil və mülkiyyət verəcəyik”, – deyə şirkətin təmsilçisi bildirib.

Bənzər yazılar

Back to top button