Bizim seçimCəmiyyətGündəmHadisə

Lerik meşələri məhv edilir (FOTO)

Lerik meşələrinin məhv edilməsi ilə bağlı AzToday.az-a daha bir şikayət daxil olub.

Şikayətci Lerik rayonunun Axunahiran kənd sakini Ümudvar Hüseynov bildirir ki, qış ayları olmasına baxmayaraq ekologiyanı qorumalı olan vəzifəli şəxslər meşələri məhv edirlər.

Onun sözlərinə görə, Lerikin Razvondaband Meşəbəyliyinin 17 saylı meşə dolayında ağaclar kütləvi şəkildə qırılır:

“Bu işi görənlər də Lənkəran Meşə Təsərrüfatı İdarəsinin əməkdaşlarıdır. Şikayətlərimizin də xeyri yoxdur. Hamının gözü qarşısında meşələrimiz məhv edilir. Əlaqədar qurumlar isə şikayət edənləri susmağa məcbur edir”.

Şikayətçinin redaksiyamıza göndərdiyi fotoları təqdim edirik:

Bənzər yazılar

Back to top button