İdman

AVRO-2017: MİLLİMİZ DARMADAĞINLA BAŞLADI

Bu gün qadın voleybolçular arasında Avro-2017-yə start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan və Gürcüstanda təşkil olunan qitənin ən mötəbər yarışında yığmamız oyunlarını Bakıda keçirəcək.
A qrupunda yer alan Faiq Qarayevin yetirmələri ilk turda Macarıstan millisini sınağa çəkib. Görüşdə favorit hesab olunan voleybolçularımız ümidləri doğrulda biliblər. Komandamız 3:0 hesablı qələbəyə sevinib.
İlk setdə uzun müddət geridə olan komandamız sonradan toparlanaraq hissəni qələbə ilə başa vurub. Rəqibin gücü isə bundan sonra tükənib. Digər iki setdə rahat oynayan və asan qalib gələn millimiz yekunda darmadağına imza atıb.
Qeyd edək ki, qrupumuzun digər görüşündə Polşa Almaniya ilə üz-üzə gələcək.
Avro-2017
Qrup mərhələsi
A qrupu
I tur
Macarıstan – Azərbaycan – 0:3 (23:25, 14:25, 16:25)
Qeyd edək ki,Görüşü izləyənlər arasında ölkə prezidenti İlham Əliyev də var. Ölkə başçısı Milli Gimnastika Arenasında idmançılarımıza dəstək verir.

Bənzər yazılar

Back to top button