Dünya

ÜST: “Kovid-19 tamamilə yoxa çıxmaya bilər”

“Bu virus digər virusla kimi qala və tamamilə yox olmaya bilər. Hiv də getmədi, lakin biz bu virusla yaşamağı öyrəndik”.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkiltının (ÜST) Fövqəladə Vəziyyət rəhbəri Mayk Rayan deyib. Qurum rəsmisi pandemiyanın nə vaxt bitəcəyini deyənlərə inanmadığını bildirib. Əlavə edib ki, 100-dən çox peyvənd üzərində araşdırma aparılır, amma qızılca kimi peyvəndlə yox olmayan xəstəliklər də var.

ÜST-ün direktoru Tedros Adhanom Qebreyesus isə böyük səy və çalışma sayəsində virusun nəzarət altına alına biləcəyini deyib. Bildirib ki, trafik öz əlimizdədi və bu pandemiya ilə mübarizədə hamımız bir şeylər etməliyik:

“Bir çox ölkə fərqli tədbirlər görür,çlakin bizim tövsiyəmiz hər ölkənin ən yüksək tədbirləri görməsidir. Küçəyə çıxma qadağalarını aradan qaldırarkən, iinci pandemiya dalğasının başlamayacağına heç kəs zəmanət verə bilməz”.

Bənzər yazılar

Back to top button