İdman

PSJ Neymarla danışıqları dayandırdı

PSJ futbolçusu Neymarla müqavilənin müddətini uzatmaqla bağlı danışıqları dayandırıb.

Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, Paris klubunun rəhbərliyini braziliyalı hücumçunun tez-tez zədələnməsi narahat edir. Həmçinin Kilian Mbappenin son matçlarda yenidən əvvəlki formasına qayıtmasından sonra bu qərar verilib. Xəbərdə Neymarın yayda PSJ-dən ayrılmasının mümkün olduğu bildirilib.

Qeyd edək ki, Neymarın Paris təmsilçisi ilə hazırkı müqaviləsinin müddəti 2022-ci ilin yayında başa çatır.

Bənzər yazılar

Back to top button