Cəmiyyət

Cümə günü Azərbaycanda havanın temperaturu müsbət 33 dərəcəyədək yüksələcək

Sentyabrın 30-da Bakıda və Abşeronda hava dəyişkən buludlu olacaq, yağıntı olmayacaq, arabir şimal-qərb küləyi güclənəcək.

Havanın temperaturu gecə müsbət 18 +20, gündüz 25 +27 dərəcə olacaq, Milli Hidrometeorologiya Xidmətinin məlumatında deyilir.

Ölkə rayonlarında da əsasən yağıntı olmayacaq, lakin gün ərzində bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, mülayim qərb küləyinin əsəcəyi gözlənilir.

Havanın temperaturu gecə müsbət 15 +20, gündüz müsbət 28 +33, dağlarda gecə müsbət 5 +10, gündüz müsbət 15 +20 dərəcə olacaq.

Bənzər yazılar

Back to top button