GündəmHadisə

Suraxanı icra hakimiyyəti ittihamlara cavab verdi (YENİLƏNİB)

Suraxanı Rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə Suraxanı Rayon İcra strukturları və Bələdiyyə əməkdaşlarının Qaraçuxur qəsəbəsindəki özəl obyektdən dezinfeksiya xidməti göstərdiyinə görə pul tələb etməsi barədə yayılan məlumatla bağlı açıqlama yayıb.

RİH-dən AzToday.az daxil olan açıqlamada deyilir:

“Bildiririk ki, rayon icra hakimiyyəti strukturları özəl obyektlərdə dezinfeksiya fəliyyəti ilə məşğul deyil. Bu gün Bakı şəhərində bir çox özəl və ya təsərrüfat hesablı müəssisələr var ki, onlar dezinfeksiya sahəsində pullu xidmət göstərirlər və bu yalnız özəl obyektləri əhatə edir. Qeyd edilən fakt tərəfimizdən araşdırılmış və məlum olmuşdur ki, insident baş verən ərazidə Əsasnaməsinə uyğun olaraq pullu xidmətlər göstərən Aqrar Xidmətlər Agentliyinin Baytarlıq İdarəsinin Suraxanı rayon sahəsinin əməkdaşları olmuşlar. Bildiririk ki, rayon icra hakimiyyəti strukturları dövlətin balansında olan binaların, onların giriş bloklarının, liftlərin, həyətlərin, park və küçələrin dezinfeksiyası ilə məşquldur və bunun müqabilində heç bir ödəniş tələb edilə bilməz”.

***
Dövlətin koronavirusla mubarizədə gördüyü tədbirlər göz önündədir. Amma təəssüflər olsun ki, bəzi məmurlar vəziyyətdən öz maraqları naminə istifadə edir. Suraxanı rayon ərazisində dezinfeksiya işləri ilə məşğul olan məsul şəxslər obyekt sahibindən bunun müqabilində pul istəyirlər. Bunla bağlı cumhuriyyet.az olaraq əldə etdiyimiz videokadrları sizə təqdim edirik.

Xatırladaq ki, Suraxanı rayon icra hakimiyyətinin başçısı Əziz Əzizovdur. Əziz Əzizov bundan əvvəl Cəlilabad və Yasamal rayonunda icra başçısı olarkən də qalmaqallarla yadda qalıb.

Hüquq mühafizə orqanları dərhal ağ xalatlının, bələdiyyə işçisinin kimliyini və faktı araşdırmalıdırlar. Əgər bu dövlətin keçirdiyi tədbirdirsə dezinfeksiyaya görə pul tələb etmək tək qanunsuzluq yox, həm də murdarlıq, satqınlıq, xainlikdir! Hüquq mühafizə orqanları təcili bu hadisə ilə bağlı tədbir görüb əhaliyə məlumat verməlidir ki, başqalarına da dərs olsun. Belələri bu gün satqın, Vətən xainləridir və hamı bunları tanımalıdır.

Bənzər yazılar

Back to top button