Sağlamlıq

Kimlərə koronavirusa qarşı peyvənd etdirmək olmaz?

İmmunoloq Vladislav Jemçuqov jurnalistlərə verdiyi müsahibədə hansı kateqoriyaya aid vətəndaşların koronavirusa qarşı peyvənd etdirməməsinin təhlükəli olduğunu açıqlayıb.

Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, bu kateqoriyadan olanlar üçün peyvənd ölümcül ola bilər.

Mütəxəssis xüsusilə qeyd edib ki, immunosupressiv dərmandan istifadə edənlərə – onlar əsasən xərçəng xəstəliyindən əziyyət çəkirlər, – bu şəxslərə koronavirus əleyhinə peyvəndləmə tamamilə əks təsirə səbəb ola bilər.

“Belə çıxır ki, bir tərəfdən təsir var, digər tərəfdən əksinə, əks-təsir var”, – deyə Jemçuqov izah edib. Doktor peyvəndləməyə qərar vermədən əvvəl həkimlə əlaqə saxlamağı da tövsiyə edib.

Ayrıca, COVID-19 peyvəndi iltihablı və otoimmun xəstəliklərdən, həmçinin sistemik qan xəstəliklərindən əziyyət çəkənlər üçün də tamamilə əks-təsirə malikdir.

Bənzər yazılar

Back to top button