İdman

“Barsa” – “Real” oyununun vaxtı dəyişdirildi

İspaniya La Liqasının 10-cu turunun “Barselona” – “Real” oyununun vaxtı dəyişdirilib.

Fanat.Az “Time 25 Sport”a istinadən xəbər verir ki, barışmaz rəqiblərin oktyabrın 26-da baş tutmalı olan görüşü Kataloniyanın paytaxtındakı etirazlar və xaos üzündən 18 dekabr tarixinə keçirilib.

Oyunun start fitinin hansı saatda səsləndiriləcəyi isə hələ dəqiqləşməyib.

Hazırda 18 xala malik “Real” turnir cədvəlinin zirvəsində, madridlilərdən 2 xal geri qalan “Barsa” ikinci pillədədi.

Bənzər yazılar

Back to top button