GündəmManşetXəbərlər

Erməni deputatlar Qız qalasında (FOTO)

Azərbaycanda səfərdə olan Ermənistan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan bu gün Bakı şəhərinin mərkəzi küçələrini gəziblər.

Modern.az xəbər verir ki, erməni deputatlar Qız qalasında olublar. Həmçinin paytaxtda yerləşən erməni kilsəsinə də baş çəkiblər. Daha sonra restoranların birində nahar ediblər.

Qeyd edək ki, Ermənistan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan Bakıda keçirilən “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə “Şərq Tərəfdaşlığı” ölkələri parlamentlərinin cəlb edilməsi” adlı beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycana gəliblər.

Onların sentyabrın 28-nə kimi Bakıda olacağı gözlənilir…

Bənzər yazılar

Back to top button