Dünya

300 koronaviruslu xəstəni sağaldan həkim işdən çıxarıldı – Maraqlı səbəb

Tacikistanın Rəşt Mərkəzi Xəstəxanasının baş həkimi, koronavirus xəstələrini qeyri-adi şəkildə müalicə edən Kobilçon Gieyev işdən çıxarılıb.

Qaynarinfo xəbər verir ki, bu haqda Sputnik Tacikistan məlumat verib.

Gieyev özü deyib ki, onun vəzifədən çıxarılması rayon rəhbərinin ölkənin Səhiyyə Nazirliyinə şikayətindən sonra baş verib.

Hadisə belə olub: keçmiş baş həkim özü koronavirusa yoluxub, yüksək temperaturu uzun müddət davam edib, getdikcə nəfəs almağı çətinləşib. Sonra Kobilçon Giyeyev mal-qara üçün pnevmoniyaya qarşı baytarlıq dərmanı – guya onu sağaltdığını iddia etdiyi penisilin-streptomisin məhlulunu sınaqdan keçirib.

Sağaldıqdan sonra bunu başqalarına da tətbiq edib və Gieyevin iddia edib ki, 300-dən çox xəstəni ayağa qaldırmağı bacarıb.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button