Dünya

Ərdoğan qəzaya düşən Binəli Yıldırım və Şamil Ayrımı ziyarət etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin sədr müavini Binəli Yıldırımı və partiyanın istanbullu deputatı Şamil Ayrımı xəstəxanada ziyarət edib.

Yeniavaz.com NTV-yə istinadla xəbər verir ki, Türkiyə dövlət başçısını səhiyyə naziri Faxrettin Koca da müşayiət edib.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərini müşayiət edən Binəli Yıldırım və Şamil Ayrımı daşıyan avtomobil dünən Zəngilan hava limanına gedərkən qəzaya uğrayıb. Yıldırım və Ayrım qəza zamanı nəzarət məqsədi ilə sağlamlıq qruplarının müşayiəti ilə helikopterlə paytaxt Bakıdakı xəstəxanaya aparılıb. Azərbaycan Prezidenti İlham Əliyev Binəli Yıldırım və Şamil Ayrıma müalicə olunduqları xəstəxanada baş çəkib.

Bənzər yazılar

Back to top button