Dünya

İstanbulda İŞİD-lə əlaqəli 30-dan çox əcnəbi saxlanılıb

İstanbul polisi İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 36 nəfəri saxlayıb.

Bu barədə Anadolu agentliyinin verdiyi xəbərə görə, saxlanılanların 31 nəfərinin əcnəbi olduğu bildirilir, onların milli mənsubiyyəti açıqlanmır.

Məlumata görə, antiterror əməliyyatı çərçivəsində İstanbulda15 binada axtarış aparılıb. Saxlanılanlardan bir neçəsi Suriya və İraqda İŞİD sıralarında döyüşməkdə şübhəli bilinirlər. Qruplaşmaya aid xeyli sayda sənəd və elektron avadanlıq ələ keçirilib.

Bənzər yazılar

Back to top button