Cəmiyyət

Azərbaycanda təhsilverənlərin sosial müdafiəsi artırılacaq

Azərbaycanda təhsilverənlərin sosial müdafiəsi artırılacaq.

APA-nın məlumatına görə, bu, “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi kadrların da vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Qüvvədə olan qanuna görə, yalnız dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilirdi.

Bənzər yazılar

Back to top button