Cəmiyyət

Bakının bir hissəsində qaz olmayacaq

Bakının Sabunçu rayonunda təbii qazın verilişində məhdudiyyət olacaq.

AzToday.azAzəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, istismarı dayandırılmış diametri 219 və 159 mm-lik qaz xəttinin ləğvi, qaz kəmərində aşkar olunmuş sızmanın ləğv edilməsi ilə əlaqədar noyabrın 30-u saat 10:00-dan təmir işləri yekunlaşanadək Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İsmayılov, Bünyadov, Anaşkin və Ş.Kamilov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq. “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Bənzər yazılar

Back to top button