DünyaManşetSiyasət

HAVlandiya – “PorDAĞALlar ölkəsi”

Demokratiyaya atla, itlə hücum edən Holland təfəkkürü

Bir neçə gün öncə dünya diplomatiya tarixində görünməmiş bir hadisə yaşandı. İki NATO müttəfi Hollandiya və Türkiyə arasındakı tarixə damğasını vuracaq diplomatik böhran baş Verdi. Hazırda da davam edən böhranla bağı Amsterdam hökumətinin tətbiq etdiyi qadağalara Türkiyə rəsmiləri davam edən seçki kampaniyalarındakı səfərləri çərçivəsində öz etirazlarını meydanlardan səsləndirirlər. Mark Rutte hökumətinin öz etirazlarını bildirmək üçün Rotterdama toplanan türklərə toplaşma və ifadə azadlığını təmin etmək yerinə, atlı-itli basqı tətbiqetməsi, “atəşaç” əmrinin verməsi korlanan Avropa dəyərlərinin rüşeymləridir.

Uydurma bəhanələr və siyasi küstahlıq

Türkiyənin xarici işlər nazirinin “təhlükəsizlik” səbəbilə Niderlanda təyyarə uçuşuna icazə verilməməsi, sonra isə digər bəhanələrlə özünü sığortalamağa çalışması Rutte hökumətinin gülünc və küstahlığından başqa bir şey deyil. Necə olur ki, referendumda “hə” kampaniyası üçün nazirin bu ölkədə 440 minlik vətəndaşı ilə görüşməyi əngəllənir, amma “referendum yox” kampaniyası keçirən sabiq AKP deputatı Əbdüllətif Şənər və Türkiyə Vəkillər Kollegiyasının başçısı Metin Feyzioğluna icazə verilir, “təhlükəsizlik” səbəb göstərilmir? Üstəlik, media-mətbuat dəstəyi də göstərilir. Qeyd edim ki, Hollandiyada yerli xalqdan sonra ikinci çoxsaylı millət türklərdir.

Tarixdən bixəbərlər siyasətçi olarsa…

Bir dövlətin xarici işlər nazirinə rəsmi səfər üçün icazə verilməməsi, “gəlib ancaq lalələri görə bilər” şəklində cavablandırılması erroziyaya(aşınan) uğrayan dəyərlərin göstəricisidir. Bu cavabı verən siyasətçilər tarixlərini bilsəydilər, həmin lalələrin 3 əsr öncə Osmanlıdan onlara göndərildiyini xatırlamış olardı. Tarixdən bixəbər, siyasi partiya lideri Qeert Vilders isə, öz seçki təbliğatında İslamın Avropaya aid olmadığını iddia edir. Halbuki Əndəlus və İspaniyadakı Qranada əmirliyi XV əsrədək müsəlman torpaqları olub. Onun bu cür anti-islam kampaniyası orta əsrlərdəki Avropa inkvizisiyalarının (Müsəlmanları və yəhudiləri xristianlığa məcbur etmək üçün bidətçilərdə qarşı kilsə məhkəməsi) davamıdır. Lalələrlə bağlı Türkiyəyə verilmiş yuxarıdakı cavab komik-kəmsavadlığın təcəssümü kimi tarixdə öz yerini saxlayacaq.

Güclü siyasətçi, yoxsa komik aktyor?

Seçki öncəsi bəzi namizədlər İslama, Türkiyəyə və demokratik dəyərlərə qarşı nifrət qusaraq, “demokratik” holland portretinin rənglərini təsvir etdi. Qaçqınları və “Quranı ”aşağılayaraq, öz siyasətlərinə ləvazimat edən, təhdid dolu açıqlamalar verən Qeert Vilders kimi irqçilərin Hollandiyada hökumətliyə namizəd olması Niderlandın düşdüyü acınacaqlı vəziyyəti ortaya qoyur. Siyasi əxlaqdan kənar və Türkiyə düşmənçiliyiilə “səs ovuna” çıxmaq bir tükənişin, bitişin əlamətidir. “Azadlıqlar” partiyasının rəhbəri Vilders hələ bir müddət öncə yuxarıda yazdıqlarımı təsdiq edəcək bu fikirləri səsləndirmişdi: “Quran”ı, Hicabı qadağan edəcəm. Məscidləri bağlatdıracam. İslam ölkələrindən gələn qaçqınları qəbul etməyə icazə verməyəcəm”.

Adı “Azadlıqlar” olan partiya qadağalar üzərindən siyasət həyata keçirir. Tərs-mütənasiblik o həddədir ki, daşıdıqları adlara belə yadlaşıb. Niderlanddakı bəzi partiyalar öz vətəndaşlarına gətirəcəyi rifah, səadət və s. əvəzinə, başqalarına qadağalar, nifrət və İslama qara yaxaraq, səs qazanmaqla hökumət olmağı hədəfləyirlər. “Seçki taktikalarını” bu cür hesablayırlar. Vilders bir müddət öncə “mən multi-kultural cəmiyyətin əleyhinəyəm”,- deməklə demokratiyadan nə qədər uzaq düşdüyünü isbat edirdi. Necə satirikdir ki, Türk siyasətçilərinin Hollandiyada vətəndaşları ilə kampaniya aparmasına qarşı çıxan Vilders özü seçki kampaniyası üçün başqa bir ölkədə – İngiltərədə toplantı keçirmişdi. Müsbət haldır ki, onun bu davamlı əməllərindən öz ölkəsində təngə gələnlər də var. Belə ki, Amsterdam Bələdiyyə sədrinin müavini Kajsa Ollonqrenötən ay Vildersin qalib gələcəyi təqdirdə, Hollandiyadan ayrılıb müstəqil dövlət quracaqlarını bildirmişdi. Vildersə qarşı olan daxili narazılıq, parçalanmağı belə gözə almağa qədər gedib çıxır.

Tarixi sədaqətə xəyanət

Əskidən də Avropa tarixi qanlı cinayətlər və fərqli fikirliliyə dözümsüzlüklə doludur. Müsəlmanlara dinlərini dəyişdirməsi üçün inkvizisiya quranlar da avropalılardır. 4 əsr öncə müstəqillik üçün çarpışan hollandlar Habsburqlarla vuruşmaq üçün Osmanılardan yardım istəmişdi. Və türk sultanı Süleyman Qanuni həmin vaxt darda qalan hollandlara təkcə əsgərlər deyil, həm də maddi yardım göndərmişdi. Qələbə qazanan hollandların dövlətini ilk tanıyan da Osmanlı olmuşdu. Eynisi ilə, 1962-ci ildə türklər onlara işçi çatışmazlığından müraciət edən və sənayesi böhran keçirən Hollandiyaya öz vətəndaşlarını göndərməyi əsirgəməmişdi. Hazırda Hollandiyadada yaşayan türklərin əksəriyyəti hollandların dəvəti ilə orada yaşayan və Niderlandı dünyanın 25 ən inkişaf etmiş ölkədən biri edənlərdir. Bu yarımbaşlıqda hadisələrin komik “qəhrəmanı” Vilders və Hollandiyanın Türkiyəyə qarşı etdiyi nadanlıqla bağlı holland yazıçı, Rotterdamlı Erazmın əsərini qeyd etmək yerinə düşür. Ölkəsindəki nadanlığa etiraz edən humanizm tərəfdarı Erazmın 1509-cu ildə yazdığı “Axmaqlığın tərifi” əsərində satirik dillə hazırki Vildersləri, Rutteləri qələmə alır. 5 əsr ötməsinə baxmayaraq, Hollandiya eyni xəstəlik və xislətlərdən yaxa qurtula bilməyib. Tarix dəyişir, amma təfəkkür dəyişmir.

Tarixi holland cinayətləri və soyqırımları

Vaşinqton arxivlərindən bəlli olur ki, minlərlə yəhudinin öldürülməsi holland əməllərinin məhsuludur. 1947-ci ildə törədilən Efiopiyadakı çoxsaylı insan qətliamının da müəllifi hollandlardır. 1949-cu ildə İndoneziyanın işğal edilməsi və bütün dünyanın bildiyi “İndoneziya soyqırımı”nın həyata keçirilməsidə tarixidəki holland əməllərinin gerçək güzgüsüdür. XX sonlarında Hollandiyadakı türk işçilərin döyülməsini və mallarının oğurlanmasını da unutmamalıyıq. Bir araşdırmanın nəticəsini də qeyd etməkdə fayda var ki, hazırda Niderlandda “neo- faşist” düşüncəni mənimsəyənlərin sayı İkinci Dünya Müharibəsi dönəmindəkilərdən sayca 2 dəfə çoxdur.Məhz bu düşüncənin məhsuludur ki, illər öncə Niderlandda müsəlmanlara qarşı həyata keçirilən basqılar haqqında “Təslimiyyət” adlı film hazırlayan rəssam Vinsent van Hoq sui-qəsd nəticəsində xüsusi qəddarlıqlagüllələndi, cansız cəsədi isə bıçaqlandı.

Hollandlara dünyadan gələn etirazlar

ABŞ-ın ən tanınmış diplomatlarından olan, keçmişdə Bağdad səfiri işləmiş Ceyms Cefferi: ”Atılan addım demokratiya və ifadə azadlığına ziddir. Yaşananlar qərəzli münasibətlər səbəbindən müsəlmanları əngəlləmə cəhdləridir”.

Macarıstanın xarici işlər naziri: “Türkiyənin ölkədənkənar vətəndaşları ilə əlaqə yaratması normaldır. Avropalı liderlərin Türkiyə prezidenti və hökumətini tənqid etməsi böyük xətadır.”

Avropa Şurasının (AŞ) baş katibi Turbyern Yaqland: “Mövcud gərginlik diplomatiya və demokratiyaya zərbədir. Türkiyənin xaricdə yaşayan vətəndaşları gözlənilən referendumda təklif olunan dəyişikliklərin müsbət və mənfi tərəfləri haqqında məlumat almaq imkanına malik olmalıdırlar”.

Niderlandın keçmiş xarici işlər naziri də öz ölkəsinin atdığı addımları tənqid edib: “Seçki olmasaydı, türk nazirlərə bu cür kobud davranışın olmayacaqdı. Çox ağılsız addımlardır. Biz daima ölkəmizdə demokratiya və insan haqlarından bəhs edirik. Amma yanlış yoldayıq. Türkiyənin xarici işlər nazirinə uçuş icazəsinin verilməməsinin heç bir izahı yoxdur”.

Qərbin ətrafında sıx birləşəcəyi dəyərlər tükənir

Beləcə, Qərb dəyərlərini korlayaraq, yenidən keçmiş cinayətlərinə qayıtmaq istiqamətində sürətlə irəliləyir. Rəqibi Qeert Vildersdən ilhamlanaraq, onun siyasətini mənimsəyən Rutte hökumətinin insan haqları, diplomatiya və demokratiya kimi prinsipləri atlarıyla ayaqlar altına, itləri ilə isə dişlər arasına aldırması tarixə ləkəli bir imza atdı. 30 yaşım olsa da, bu günədək oxuduğum xəbərlərdə, tarixdə və bədii ədəbiyyatda bu cür anti-demokratik və qəddar addım nə oxudum, nə eşitdim, nə də gördüm. Müharibə meydanlarını xatırladan Rotterdam küçələri öz siyasətçilərinin “səs alma” hiylələrinin qurbanına çevrilmişdi. “Portağallar ölkəsi” kimi tanıdığımız Hollandiya siyasi dağallıqları (lovğalıq) ilə nifrət qusan və hüququ çeynəyərək, ayaqlar altına alan vəhşi hiylələrə səhnə oldu. Nə qəribədir ki, gərginliyi yüksəldən Vildersin adının tərcüməsi vəhşi anlamına gəlir (Wild – vəhşi).

Holandiya atdığı bu addımla öz tarixi yanlışlarına daha birisini əlavə etdi. Şərh dili ilə desək, “Portağallar ölkəsi” rənglərinə sadiq qalaraq, bəşəri dəyərləri və ümidləri dolayaraq sarıdı. Türkiyəni 249 nəfərin ölümü ilə üzləşdiyi ilə dövlət terroru səbəbindən, çoxsaylı deputatların rəyi ilə alınan qərarla Fövqəladə Vəziyyəti tətbiq etməkdə ittiham edənlər özləri yarım saatda Bələdiyyə sədri səviyyəsində bu qərarı aldı. Bu cür nifrət qalıntıları və travmatik “demokratiya” isə Avropanın gələcəyi üçünqayğıvericidir. Ona görə ki, Bəzi Avropa ölkələri boğuşduqları irqçilik, anti-demokratiya, yadelli və İslam düşmənçiliyini Türkiyəyə daşımaq iddiasındadırlar. Bütün bunlar göstərir ki, sürətlə dağılmağa doğru gedən Avropa Birliyi artıq həyəcan təbili durumundadır. Beləcə, işğalçılıq, nifrət və dağallıqdan başqa Hollandiyanın ətrafında birləşəcəyi dəyər qalmadı. Niderland yeni xətlə, yeni adla irəliləyir: PorDAĞALlar ölkəsi.

Arzu Səyyad

AzToday.az

Bənzər yazılar

Back to top button