Dünya

Misir piramidaları belə tikilib: daha bir sirrin üstü açıldı (FOTOLAR)

Arxeoloqlar insanlığın ən böyük möcüzələrindən biri olan Misir piramidalarının daha bir sirrinin üstünü açıblar.

“AzToday.az”ın xarici KİV-ə istinadən məlumatına görə, dünyanın 7 möcüzəsindən biri olan Xeops piramidasının necə tikildiyini göstərən qədim papirus tapılıb.

Papirusda 2 və 2,5 ton ağırlığında olan nəhəng qranit parçalarının 500 kilometr uzaqlıqdan necə gətirildiyi qeyd olunub.

Alimlərin fikrincə, minlərlə insanın iştirakı ilə Nil çayından piramidaya qədər kanal çəkilib və lazımi avadanlıqlar bu kanal vasitəsilə, xüsusi gəmilərlə nəql olunub. Piramidanın bazasında həmçinin sözügedən süni kanalların qalıqları da tapılıb.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button