Bizim seçimGündəmHadisəManşet

Azərbaycanın Rumıniyadakı səfiri Vaslui şəhərində qəza törətdi

Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Abdinbəyov 2017-ci il fevralın 26-da Xocalı faciəsi ilə bağlı səfirlikdə təşkil olunan tədbirdə iştirak etməyib.

AzToday.az xəbər verir ki, səfirlikdə müşavir işləyən İrfan Davudov tədbirdə səfirin iştirak edə bilməməsinin səbəbini onun səhhətinin yaxşı olmaması ilə əlaqələndirib.

Səfirin Xocalı faciəsinin ildönümündə iştirak etməməsi ilə bağlı AzToday.az-a daxil olan ilginc məlumata görə, Fərid Abdinbəyov həftəsonu, daha doğrusu fevarın 25-də Rumıniyanın Vaslui şəhərində yol qəzası edib. Qəza zamanı səfirin yanında xarici ölkənin vətəndaşı da olub. Qəzadan sonra hər iki şəxs xəstəxanaya aparılıb. Ciddi xəsarət almamaları səbəbindən Fərid Abdinbəyov və yanındakı şəxs xəstəxanada saxlanılmayıb.

Məlumatda bildirilir ki, qəza zamanı sükan arxasında Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri özü olub.

Xocalı faciəsinin 25-ci ildönümü ərəfəsində Fərid Abdinbəyovun paytaxt Buxaresti tərk edərək, Vaslui şəhərinə hansı səbəbdən getməsini səfirlik əməkdaşları da başa düşməyiblər.

Qeyd edək ki, Fərid Abdinbəyov hazırda Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənovla çox yaxın olduğu da bizə çatan məlumatlar sırasındadır. Səfirin qaynanasının isə Azərbaycanın Xarici İşlər Nazirliyində işlədiyi bildirilir.

Səfirimizin Rumıniyada hansı səbəbdən qəza etdiyi ilə bağlı redaksiyamıza daxil olan məlumatları araşdırmaqdayıq. Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

Bənzər yazılar

Back to top button