Dünya

Tarixdə ilk dəfə olaraq Səudiyyə Ərəbistanının Kralı Rusiyaya səfər edib

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz əs-Səud Rusiyaya səfər edib.

AzToday.az BBC-yə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının 81 yaşlı Kralının Rusiyaya bu səfəri tarixdə ilk rəsmi səfər kimi qəbul olunub.

Səfərin əlaqələrin inkişafında mühüm əhəmiyyət daşıdığını vurğulayan Rusiya Prezidenti Vladimir Putin bunun ikitərəfli əməkdaşlığa müsbət təsir edəcəyinə ümidvar olduğunu bildirib. Görüşdə iki ölkə arasında ticarət sazişinin imzalanması, o cümlədən Putin və Kral Salmanın enerji layihələrini həyata keçirmək üçün 1 milyard dollarlıq investisiya fondu yaratması da gözlənilir.

Rusiyanın energetika naziri Aleksandr Novak səfər zamanı imzalanacaq sazişlərin ümumi dəyərinin 3 milyard dollar təşkil etdiyini açıqlayıb.

Səudiyyə Ərəbistanı Kralının Rusiyaya səfəri dörd gün davam edəcək.

Bənzər yazılar

Back to top button