Siyasət

Azərbaycanın müdafiə naziri İran SQ Baş Qərargah rəisi ilə görüşüb

İranda səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənov yanvarın 25-də İran SQ Baş Qərargah rəisi Məhəmməd Bağeri tərəfindən qəbul edilib.

“Ümid edirəm ki, sizin İrana səfəriniz münasibətlərin inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün yaxşı imkan olacaq”, deyə İRNA agentliyi Bağeridən sitat gətirir.

İranın siyasətinə toxunan Bağeri deyib: “Otuz il sonra Azərbaycan ərazilərinin işğaldan azad edilməsi İslam Respublikasının Ali Liderini və İran xalqını sevindirib.

Biz Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət edirik”, deyə o qeyd edib.(Turan)

Bənzər yazılar

Back to top button