AnalitikaBizim seçimManşetSiyasət

“Müstəqil Kürdistan dövləti”nin qurulması nə vəd edir: Azərbaycan üçün yeni təhdid (TƏHLİL)

“Müstəqli Kürdistan dövləti”nin qurulması Yaxın Şərqdə yeni müharibənin başlanmasına gətirib çıxaracaq. Bununla da İraqda yeni savaş artıq İŞİD-lə deyil, kürd bölgəsində baş qaldıracaq. Son bir neçə gündə isə rəsmi Bağdad Kərkükdə kürdlərin mövqeylərini bombardıman etməsi getdikcə bölgədə yaranacaq qanlı qarşıdurmalardan xəbər verir.

AzToday.az politico.com-a istinadən xəbər verir ki, “Kürdüstan dövləti”nin müstəqillyi elan olunacağı təqdirdə ərazi münaqişəsi qaçılmaz olacaq. Bununla da Yaxın Şərqdə yaranacaq savaşın yaxın illərdə dayanması real olmayacaq. Buna səbəb isə kürd muxtariyyəti, o cümlədən muxtariyyətin lideri Məsud Barzani müstəqilliklə bağlı qərarını öz düşüncəsinə və ya kürdlərin istəyinə görə verməməsidir. Əslində mövcud şəraitdə və dəstək olan dövlətlər olmasa Bərzaninin İraq hökuməti ilə qarşıdurmaya getməsi inandrıcı deyil. Məlum məsələdir ki, Bərzaniyə bu addımı atmasında dəstək olan qüvvələr mövcuddur. Hətta savaş baş verəcəyi təqdirdə mərkəzi İraq hökumətinin zəifləməsi üçün ərəb ölkələrinin və Qərb dövlətlərinin də Bərzaniyə hərbi-siyasi dəstək verməsi mümkündür. Bu isə o deməkdir ki, referendum qərarı ləğv olunmasa Yaxın Şərdə növbəti müharibə kürdlərlə İraq hökuməti arasında olacaq. Üstəlik bu savaş digər dövlətlərin müdaxiləsi ilə daha da böyüyə bilər və digər regionları əhatə edə bilər. Çünki hazırda İraq ərazisində ABŞ və Qərb ölkələrinin, Türkiyənin, o cümlədən İran da daxil olmaqla bir sıra dövlətlərin açıq və gizli hərbi kontingenti cəmləşib.

Vaşinqtonun təhlükəli ssenarisi əzəli rəqibləri eyni cəbhədə birləşdirir

Ötən ay İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Bakırinin Ankaraya səfəri 3 günlük səfərinin sonunda bəlli oldu ki, iki dövlət PKK terror təşkilatının İraqdakı mövqelərinə yönəlik birgə hərbi əməliyyat barədə plan hazırlayıb.

Əslində İran tərəfdən gələn təklif Türkiyə üçün sürpriz olub. Çünki rəsmi Tehranın PKK ilə 1996-cı ildən bu yana, açıq şəkildə olmasa da, üstüörtülü əlaqələri olub. Ankaranın narahatlığına baxmayaraq, Tehran PKK məsələsində bu vaxta qədər ciddi tədbir görməkdən boyun qaçırırdı.

Bu dəfə isə vəziyyət tamamilə fərqlidir. Amerika Birləşmiş Ştatlarının PKK-nı bölgədə özünə tərəfdaş seçməsi, terrorçulara ağır silahlar göndərməsi İranı təcili hərəkətə keçirib. Çünki Tehran həmin Amerika silahlarının bir gün İrana da tuşlana biləcəyindən ehtiyat edir.

İranlı general Bakıri Türkiyənin Baş Qərargah rəisi Hulusi Akara əməliyyat planını da təqdim edib. Həmin plana əsasən, iki ölkənin quru və hava qoşunları 9 istiqamətdən PKK-nın İraqın şimalındakı mövqelərinə hücum edəcək. Türkiyə tərəfli isə bu təklifi müsbət qarşılayıb.

Yaxın Şərqdə üçüncü savaş təhlükəsi, İraq və Suriyanın parçalanması

Lakin digər tərəfdən Yaxın Şərqdə üçüncü savaş təhlükəsi İranla ABŞ arasında ola biləcək qarşıdurma ilə bağlıdır. ABŞ müdafiə naziri Ceyms Mattis bir müddət əvvəl İrana qarşı addımları körfəz ölkələri hökumətləri ilə müzakirə etmişdi. Dövlət katibi Reks Tillerson isə İranın bölgədə Amerika maraqlarına təhdid təşkil etdiyini açıqlamışdı. Bilindiyi kimi İsrail açıq şəkildə, körfəz ölkələri isə gizli şəkildə ABŞ-ın İrana müdaxiləsini dəstəkləyir. Trampın addımları isə onu göstərir ki, İranı yalnız “kürd” kartı ilə müharibəyə sürükləməklə bu ölkəyə zərbələrin endirilməsinə zəmin yaratmaqdır. Bu məsələdə Türkiyənin müdaxiləsi isə bölgədə geniş miqyaslı savaşa səbəb ola bilər.

ABŞ və İsrail “müstəqli Kürdistan dövləti”nin yaranmasında maraqlarının olduğunu örtaya qoymasının digər səbəblərindən biri də İraqın parçalanmasına hesablanıb. Məsələn bir müddət əvvəl İsrailin sabiq milli təhlükəsizlik naziri Avi Dixter İraq siyasətinə toxunaraq demişdi ki, onların əsl hədəfi İraqın Ərəb dünyasında və regionda öz rolunu oynamağa icazə verməməkdir, bu dövlətin inkişaf etməsinin qarşısı alınmalıdır. Avi Dixter sözlərinin davamında isə İraqı bir neçə yerə bölmək və “kürdlərə müstəqil bir dövlət qurmaları üçün yardım etməyi İsrail üçün vacib bir məsələ hesab etmişdi. Bununla yanaşı İsrailin baş naziri Benyamin Netanyahu da bölgədə müstəqil kürd dövlətinin qurulmasını dəstəkləmişdi. Netanyahunun kürdləri müstəqilliklərini elan etməyə çağıran bəyanatı isə bu günə qədər beynəlxalq mediada şərh olunmaqdadır.

Bundan başqa Tramp hökumətində beynəlxalq təhlükəsizlik məsələləri üzrə keçmiş müşavir general Mayk Flinn ABŞ kürdlərə böyük əhəmiyyət verdiyini və gələcəkdə “müstəqil Kürdistan dövləti”nin qurula biləcəyini söyləmişdi.

General “müstəqil Kürdistan” dövlətinə ABŞ və koalisiya ölkələrinin dəstək verməsini mühüm addım hesab etmişdi. Onun fikrincə isə ABŞ-ın yeni Yaxın Şərq modeli, İraq ilə Suriya ərazilərində üç və ya dörd yeni dövlət yaratmaq, bunlardan da biri “müstəqil Kürdistan” dövləti olmasıdır.

Qeyd edək ki, ABŞ-ın dəstəyi ilə Yaxın Şərqdə müstəqil Kürdüstanın yaradılması 5 ölkənin, Türkiyə, İraq, Suriya, İraq və Azərbaycanın təhlükəsizliyinə birbaşa təhdid kimi dəyərləndirilir. Bəzi analitiklər hesab edir ki, İraqın parçalanması hesabına müstəqil kürd dövlətinin elan edilməsi uzunmüddətli planda Türkiyə, Suriya, İran və Azərbaycan kimi ölkələrdə ciddi risklər meydana çıxaracaq.

AzToday.az

Babək Əliyev

Bənzər yazılar

Back to top button