İdman

Türkiyə Rusiyaya qalib gəldi (VİDEO)

UEFA Millətlər Liqasında V turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, B liqasının 3-cü qrupunda mübarizə aparan Türkiyə millisi ötən axşam Rusiyanı qəbul edib. Oyunda 5 qol vurulub və “ay-ulduzlular” qələbə qazanıb.

Türkiyənin qollarına Kenan Karaman, Cengiz Ünder və Cenk Tosun imza atıb. Rusiyanın heyətində isə Denis Çerişev və Daler Kuzyayev fərqlənib. Rusiya millisinin üzvü Andrey Semenov 24-cü dəqiqədə qırmızı vərəqə alıb.

Qeyd edək ki, Rusiya 5 turda 8 xal qazanıb və Macarıstanla birlikdə qrupa başçılıq edir. 6 xalı olan Türkiyə 3-cü pillədə qərarlaşıb.

Bənzər yazılar

Back to top button