Dünya

İŞİD rus generalını öldürdü

Rus ordusunun general-leytenantı Valeri Asapov Suriyanın Deyr əz-Zor şəhərində İŞİD hücumu nəticəsində həlak olub.

Məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Nazirlikdən verilən açıqlamada general-leytenantın Suriya ordusuna məsləhət vermək üçün bu ölkəyə göndərildiyi bildirilir.

Məlumata görə, Valeriy Asapov Suriya ordusunun qərargahında olarkən, İŞİD hücumuna məruz qalıb. Minamyot atəşiylə ağır yaralanan general aparıldığı xəstəxanaya çatmamış yolda keçinib.

Bənzər yazılar

Back to top button