Mədəniyyət

Abbas Bağırovun köməkçisi hakim qarşısında

Əməkdar artist Abbas Bağırovun həbs edilən köməkçisi Mehrəliyev Orxan Bayram oğlu cəzasının azaldılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib.

“Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilərək azadlıqdan məhrum edilən Orxan Mehrəliyevin məhkəmə prosesinə hakim Elman Əhmədov sədrlik edir. Hökmə görə, O.Mehrəliyev köməkçisi olduğu tanınmış müğənni, əməkdar artist Abbas Bağırovun Bakı şəhər, Yasamal rayonu, Şahbazi küçəsi, 99 nömrəli binanın həyətində yerləşən və dəyəri 20 min manat olan 28 kv metr torpaq sahəsini dələduzluq yolu ilə ələ keçirib. Həmçinin o, müğənni A.Bağırova məxsus qarajı Emil Qurbanova satacağını vəd edərək ondan 10 min manat pul alıb.

Cinayət materialına görə, O.Mehrəliyev Ümumdünya Azərbaycan Konqresinin hüquqşünası Xətai Yusubovdan 52 500 manat pul alaraq onu Müdafiə Nazirliyinin Hüquq şöbəsinin rəis müavini vəzifəsinə təyin etdirəcəyini vəd verib. Əxlaqsızlıq yuvası təşkil etdiyinə görə cinayət işi başlanan Maman Nadirovadan isə 2017-ci ildə 3500 manat pul alaraq onun cinayət işinə xitam verdirəcəyini vəd edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, O.Mehrəliyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, O.Mehrəliyev müğənni İradə Mehrinin qardaşıdır.

Bənzər yazılar

Back to top button