GündəmSiyasət

Allahşükür Paşazadə: “Azərbaycan İraqın şimalında keçirilən referendumun əleyhinədir”

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə separatçılıqdan əziyyət çəkən bir ölkə kimi Azərbaycanın İraqın şimalında keçirilən referenduma qarşı olduğunu bildirib.

APA-nin məlumatına görə, o bu barədə İstanbul şəhərində “Türkiyə və Azərbaycan timsalında islam həmrəyliyi” mövzusunda keçirilən beynəlxalq konfransda bəyan edib.

Şeyx terror təşkilatlarına qarşı mübarizədə islam həmrəyliyinin böyük rol oynadığını deyib: “Vaxtında qarşısı alınmayan və düzgün siyasi qiymət verilməyən hadisələr sonradan daha ağır cinayətlərin törədilməsinə səbəb olur. Əzəli torpaqlarının 20%-i erməni işğalı altında olan Azərbaycanın Xocalı qəsəbəsində ermənilərin törətdikləri soyqırıma düzgün qiymət verilsəydi, müsəlmanlara qarşı başqa soyqırımlar həyata keçirilməzdi”.

O, FETÖ-nün 15 iyul 2016-cı ildəki hərbi çevriliş təşəbbüsünə qarşı başda prezident İlham Əliyev olmaqla, Azərbaycan xalqının tam həmrəy şəkildə Türkiyə dövlətini dəstəklədiyini də xatırladıb.

Bənzər yazılar

Back to top button